Ermənistanın baş naziri Nikol Paşinyan "Vətən naminə" hərəkatının lideri Baqrat Qalstanyanla görüşlə bağlı suala cavab verib.
Bakupost.az erməni mediasına istinadən xəbər verir ki, bu gün parlamentin həyətində jurnalistlər Paşinyandan arxiyepiskop Baqrat Qalstanyanla görüşə hazır olub-olmadığını soruşublar.
“Vətəndaşlar və müxtəlif insanlarla görüşlər keçirirəm. Mənimlə görüş prosedurları var. Görüşmək üçün növbəyə yazılmaq istəyənlər bunu pulsuz edə bilərlər”, – deyə Paşinyan jurnalistin sualına cavab verib.
Vasif
BakuPost