Ru
10:04 / 17 Dekabr 2022

"Qanun"da möhtəşəm “Yeni İl” sərgisi: 1-2 manata kitablar...

"Qanun"da möhtəşəm “Yeni İl” sərgisi: 1-2 manata kitablar...
Eye

"Qanun" Nəşrlər Evi “Yeni İl” kitab sərgisinə start verdi.

Bakupost.az bildirir ki, sərgi-yarmarka 17-27 dekabr tarixlərində nəşriyyatın binasında (Tbilisi prospekti, 76) keçiriləcək.

Oxucular sərgidə biri-birindən maraqlı yüzlərlə kitabı 1, 2 manata əldə etmək imkanı qazanacaqlar

Digər kitablara isə 30 faizdən başlayan endirimlər tətbiq ediləcək.

Oxucular bu sərgidə ingilis, rus və türk dillərində geniş çeşidli kitablar da əldə edə biləcəklər.

Təqdim olunan minlərlə çap məhsulu müxtəlif janrları, müxtəlif mövzuları əhatə etməklə yanaşı həm də hər yaşa aid oxucular üçün nəzərdə tutulub.

Xatırladaq ki, bundan əvvəl “Qanun” Nəşrlər Evinin xüsusi endirimlərlə təşkil etdiyi iki kitab sərgisi böyük uğurları ilə yadda qalıb.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar