Ru
22:25 / 14 May 2022

Qanuni oğru Mamuku Ukraynada ələ keçirildi

Qanuni oğru Mamuku Ukraynada ələ keçirildi
Eye

Ukrayna polisi gürcü Mamuku Çkadu adlı qanuni oğrunu həbs edib.

Bakupost.az xəbər verir ki, polisin mətbuat xidmətinin məlumatına görə, onun tutulması İvano-Frankovskiy ərazisində baş verib.

Polis “işğalçılarla və diversantlarla əməkdaşlıq edən kriminal aləmin üzlərinə qarşı” keçirdiyi əməliyyat zamanı bir neçə kriminala bağlı şəxslərlə yanaşı, Mamukunu da ələ keçirib.

Deyilənə görə, o, digər qanuni oğru Tariel Onianinin qohumudur və sanksiya siyahısında adı var idi.

Hazırda onun Ukrayna ərazisindən məcburi çıxarılması məsələsi həll olunur.


Aygün Musayeva
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar