Ru
21:40 / 07 Dekabr 2022

Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
Eye

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz olaraq ov edən C.Şamiyev və B.Muradov saxlanılıblar.


Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Bakupost.az -a verilən məlumata görə, onlardan müvafiq sənədləri olmayan 2 ədəd ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb.


Faktlarla bağlı həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar