Bu gün ən vacib məsələlərdən biri də minatəmizləmə əməliyyatları zamanı əhalinin maarifləndirilməsidir.
Bakupost.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi, mayor Gülçin Mehdiyeva deyib.
O qeyd edib ki, mina təhlükəsi və əhalinin bu mövzuda maarifləndirilməsində medianın böyük rolu var:
"Minanın nə olduğunu, eyni zamanda partlamamış sursatların insana hansı zərəri verdiyini jurnalistlər üçün bu gün baş tutan seminarda aydınlaşdıracağıq. Qeyri-qanuni yollarla da işğaldan azad olunan ərazilərə keçən və keçmək istəyərkən saxlanılan vətəndaşlarımız da az deyil. Bir daha xahiş edirik ki, həmin şəxslər bu cür səfərlərdən çəkinsinlər və qanunsuz yollarla ərazilərə keçməsinlər".