Ru
10:28 / 06 Oktyabr 2022

"Qanun"un kitabları İranda da satılacaq - FOTO

"Qanun"un kitabları İranda da satılacaq - FOTO
Eye

“Qanun” nəşrlər evi İranda kitab sərgisi keçirəcək.


Artıq Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da nəşriyyatın çap etdiyi kitabları oxuya biləcək.



Bakupost.az xəbər verir ki, bu barədə “Qanun”un direktoru, naşir Şahbaz Xuduoğlu məlumat verib.


8-ci Bakı Beynəlxalq Kitab Sərgisində İran stendində İran Mədəniyyət nazirinin müavini Əhməd Vəndlə görüşən naşir onunla razılıq əldə etdiyini bildirib:


“Bu vaxta qədər mümkünsüz olan bir razılaşma əldə etdik. Nazir müavini növbəti Tehran sərgisində kitablarımızı sərgi-satış etmək üçün şərait yaradılmasına söz verdi. İrandan hər gün mənə yazırlar, kitab istəyirlər. Latın qrafikasında olan kitabları nə ora göndərə bilirik, nə də apara. Orada bizim kitabları oxumaq istəyən böyük çevrə var. Ümid edirəm ki, növbəti Tehran kitab sərgisində bu arzumu gerçəkləşdirə biləcəyik”.


BakuPost


Həmçinin oxuyun:





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar