Ru
12:05 / 05 Oktyabr 2022

"Qanun" 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində - VİDEO

"Qanun" 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində - VİDEO
Eye

Bu gün 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.


Bakupost.az xəbər verir ki, sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 118 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.


Sərgidə “Qanun” nəşriyyatı 28 metrlik böyük bir stendlə iştirak edib.


Stenddə "Qanun"da kitabları çap edilən yazıçıların portretləri də asılıb.




Qeyd edək ki, oktyabrın 9-na qədər davam edəcək sərginin əsas məqsədi Azərbaycan dövlətinin kitab nəşri, kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, tərcümə və elmi ədəbiyyatın işıq üzü görməsinə yönəlmiş qərar və göstərişlərinin mühüm rolunu vurğulamaq, ölkəmizdə kitab sənayesi sektorunun, ədəbi proseslərin və mütaliə mədəniyyətinin inkişafını dəstəkləməkdir.

Sərginin “fəxri yazarları” Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey olacaq. 5 gün ərzində hər iki şairin iştirakı ilə müxtəlif formatda tədbirlər təşkil ediləcək.


Tədbirin son günündə isə “Ən yaxşı nəşriyyat” və “Ən yaxşı kitab” nominasiyaları üzrə qaliblər seçiləcək.

Şuşaya həsr olunmuş məzmun və poliqrafik baxımından ən yaxşı kitabın buraxılışını təmin edən naşir Şuşanın 270 illiyi münasibətilə təsis olunan “Xatirə nişanı” ilə təltif olunacaq.




Aygün
BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar