Ermənistan xalqı iyunun 7-də keçiriləcək parlament seçkilərində bir suala cavab verməlidir: “Qarabağ hərəkatı” davam edir, ya yox.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu gün Mülki Müqavilə Partiyası “Qarabağ hərəkatı”nı davam etdirməyən yeganə siyasi qüvvədir. Digər bütün qüvvələr isə onu davam etdirəcəklərini söyləyirlər”, - baş nazir qeyd edib.
O əlavə edib ki, əgər xalq davam etmə qərarı verərsə, bu, müharibə deməkdir:
“Qarabağ hərəkatı” müharibədir. Bizdə onu etiraf etməyə güc var ki, “Qarabağ hərəkatı” adı altında ölkəmizi xarici geosiyasi maraqların qurbanına çevirmişik. Bunu çox gec başa düşdük. Elə siyasi qüvvələr də var ki, bunu nə başa düşüb, nə də başa düşəcək”.
Yer üzərində azad-müqəddəs canlı-varlıq adam və aləm-digərlərinin (subyektlərin) qarşılıqlı-təhlükəsiz razılıqlı-faydalı fəaliyyətləri fərzdir. Hər hansı canlının, onu həyata yetirmiş (ata-ana) valideynlərə, materiya-torpağa böyüklük-sahiblik iddiası hüquqi ədalət sayıla bilərmi? Haqqa zidd ilk addımda anlaşılmır, iddiası qapanmır, cinayətə keçiddə dəf edilmirsə, ciddi mühakiməsi ilə cəzası gecikmiş olur? Otuz ildən sonrakı hüquqa zidd təkrar iddia cəzası gecikmiş cinayətin adekvat-qarşısızlıq zühuru deyilmi?