Ru
11:55 / 08 Dekabr 2022

Qarabağa qanunsuz keçən iranlılar qaçacaq - Tofiq Zülfüqarov

2600
"Qarabağa qanunsuz keçmiş iranlılar qaçacaqlar. Çünki istər-istəməz hansısa vəzifələri də olsa, onların əsas məqsədi ərazilərimizdə gizli fəaliyyət olmuşdu. İndi ki bunu açıqlayıblar, demək, orada heç bir şey edə bilməyəcəklər".

Bakupost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, siyasi şərhçi Tofiq Zülfüqarov "Müsavat"a açıqlamasında bildirib.

O, qeyd edib ki, hazırda Qarabağda texniki vasitələrlə təchiz olunmuş monitorinq missiyası var:

"Oradakı məlumatlar o cümlədən Türkiyə hərbçilərindədir. Eyni zamanda Azərbaycan da öz ərazisində texniki vasitələrdən istifadə edərık həmin bölgəni tamamilə nəzarət altında saxlayır. Orada təhlükə yaradan hansısa fəaliyyət olan kimi biz bundan xəbər tuturuq. Bu, istər İrandan, istər digər yerlərdən gələn dairələrə bir xəbərdarlıqdır ki, bura yiyəsiz yer deyil".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər