Ru
13:35 / 28 İyul 2022

Qarabağda hər an savaş başlaya bilər - Rusiyalı ekspert

3680
"Ermənistan hərbçilərinin, eləcə də Qarabağ ərazisində olan qanunsuz erməni silahlı birləşmələrin, separatçıların silahlı təxribatları sülh istiqamətində gedən danışıqlar üçün daimi təhdid və təhlükə mənbəyidir. 10 noybar 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, erməni silahlı birləşmələri Qarabağ ərazisini tamamilə tərk etməli idilər. Lakin biz indi görürük ki, İrəvan bu prosesi hər cür ləngitməyə çalışır. Cəmi bir neçə həftə bundan əvvəl ilk dəfə olaraq Ermənistan rəsmiləri Azərbaycan ərazisində, yəni Qarabağda Ermənistan silahlı qüvvələrinə məxsus müqaviləli xidmət edən hərbçilərin olması faktını etiraf etdilər".


Bakupost.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.




İ.Korotçenko qeyd edib ki, Prezident İlham Əliyevin əsas kimi irəli sürdüyü 5 prinsip əsasında sülh danışıqlarının aparılması və sülh müqaviləsinin bağlanması son dərəcə zəruridir: “Düşünürəm ki, bu şərtlərdən ən əsası silahlı ermənilərin Qarabağ ərazisindən dərhal çıxarılmasıdır. Erməni silahlı birləşmələrinin orada qalacağı müddətdə hər an yenidən döyüşlərin başlama riski var. Biz ümid edirik ki, Moskva və Bakının birgə səyləri ilə rəsmi İrəvanın üçtərəfli bəyanatlar imzalamaqla üzərinə götürdüyü bütün öhdəliklərin tam yerinə yetirilməsinə nail olunacaq".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər