Ru
07:47 / 06 Avqust 2022

"Qardaşımın şəhid olduğunu instaqramda gördüm, inanmadım...”

4087
Xəbər verdiyimiz kimi, avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib. 

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”ya danışan şəhid qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib:

“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi. Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, instaqramda gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün, birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm, dərdimi kiminlə bölüşəcəm”.

Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib. 



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər