Ru
08:55 / 31 May 2023

Qaşlarınız tökülür? - Bunları edin

Qaşlarınız tökülür? - Bunları edin
Eye

Saçlar qədər qaşlara da qulluq lazımdır. Mütəmadi olaraq qaş baxımı edilməlidir.

Qaş tökülməsi adətən orqanizmdə müəyyən vitaminlərin və qida əlavələrinin çatışmazlığından asılıdır. Eyni zamanda, hormonal pozuntular, ekzema, menopoz, stress, dəri yanıqları və fiziki travmalar səbəbilə baş verə bilər.

Bakupost.az qaş tökülməsinə qarşı müsbət nəticə verən bir sıra üsulları təqdim edir.

Vazelin - Nəmləndirici olaraq bildiyimiz vazelin də dərini qidalandıran kremlər arasındadır. Ümumilikdə saçlara və saç tökülməsinə qarşı istifadə edilən bir üsuldur. Qaşlara masaj edilərək çəkilir. Bir gecə qaşlarda qalmalıdır. Mütəmadi olaraq bu üsuldan istifadə edildikdə nəticə əldə edilir.

Badam yağı - Tərkibindəki təbii vitaminlər sayəsində həm saç, həm də qaş tökülməsinə qarşı istifadə edilə bilər. Onu da qaşlara masaj edərək çəkmək lazımdır. Eyni zamanda, saç uzatma üsulu kimi də geniş yayılıb. Saç və qaş tökülməsinin qarşısını alan badam yağı qaşları qidalandırır.

Yumurta sarısı - Yumurta sarısı sağlam yağ dəyərləri və zəngin qida komponentləri ilə zəngindir. Qaş tökülməsinə qarşı yumurta sarısından istifadə etmək istəyənlər yumurta sarısını yaxşıca çırpıb barmaq ucu ilə qaşlarına çəkə bilərlər. Yumurta sarısını qaşlarınızda 10 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyə bilərsiniz.

Sarımsaq - Sarımsağın həm saç, həm də qaşlar üçün qidalandırıcı olduğu bilinir. Qaş tökülməsinə qarşı sarımsaqdan istifadə etmək istəyənlər 2 diş sarımsağı rəndələyib əzdikdən sonra qaşlarına çəkə bilərlər. Bu şəkildə sarımsağı 15 dəqiqə qaşlarda saxlamaq kifayət edər. Daha sonra qaşlarınızı ilıq su ilə yuya bilərsiniz.

Aynur
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar