Ru
00:45 / 07 May 2025

Hindistan 3 istiqamətdən hücuma keçdi - Pakistanda dəhşətli partlayışlar -VİDEO

Hindistan 3 istiqamətdən hücuma keçdi - Pakistanda dəhşətli partlayışlar -VİDEO
Eye

Bu gündən etibarən Pakistanın Kəşmir bölgəsində vəziyyət açıq silahlı münaqişə mərhələsinə keçib.

Reuters agentliyinin məlumatına görə, Pakistanın Kəşmir hissəsində güclü partlayışlar eşidilib və şəhərdə elektrik enerjisi kəsilib. Pakistanın Müdafiə naziri Hindistanın ölkəyə üç istiqamətdən hücum etdiyini bəyan edib.

Sonra Pakistan ordusunun nümayəndəsi Hindistanın Pakistanın ərazisində və ona tabe olan bölgələrdə üç mövqeyə raket zərbələri endirdiyini təsdiqləyib. Cavab olaraq Pakistan "tam güc"lə qarşılıq verəcəyini bildirib.

Hal-hazırda Pakistan ordusu Hindistan ərazisindəki hədəflərə zərbələr endirmək üçün təyyarələri havaya qaldırıb.

Aygün, Bakupost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar