Qazaxıstan məhkəməsində qaçaqmalçılıqla Azərbaycana neft gətirən şəxslərin işinə baxılıb.
Bakupost.az Orda.kz saytına istinadən xəbər verir ki, Aktauda fəaliyyət göstərən cinayətkar qrup nefti qanunsuz yolla Azərbaycana gətirərək Qazaxıstan büdcəsinə təxminən 2 milyard tenge (təxminə 6,6 milyon manat) zərər vurub.
Məhkəmənin faktlarına görə, təxminən 2 100 ton nefti “peç yanacağı” adı altında saxta sənədlərlə “Meliana” tankerimə yüklənərək Azərbaycana göndərilməyə çalışılıb. 2023-cü ilin iyul ayında Milli Təhlükəsizlik Komitəsi və liman təhlükəsizlik xidməti Meliana tankerini Aktau limanından 3,5 km məsafədə dənizdə saxlayaraq yoxlama aparıb. Bundan sonra gəminin Azərbaycan istiqamətində hərəkət etdiyi təsdiqlənib.
Məhkəmə bir neçə şirkətin direktorunu və əməkdaşlarını bu əməliyyatda iştirak etdiklərinə görə günahkar hesab edib. Məlumata görə, qrup üzvləri nefti sərhəddən keçirmək üçün dəfələrlə peç yanacağı adı altında saxtalaşdırıb. Bu kontrabanda təşkilatlanmış qrup tərəfindən dəfələrlə törədilib.
Müttəhimlərə həbs cəzaları kəsilib. Məhkəmə həmçinin dövlətə vurulan 1,4 milyard tenge (4,62 miyon manat) məbləğində zərərin ödənilməsi məqsədilə məhkumların əmlakını müsadirə edib.
Cavid, BakuPost