Ru
23:24 / 03 Fevral 2026

Ərdoğan İrana qarşı hərbi müdaxiləyə qarşı çıxdı

Ərdoğan İrana qarşı hərbi müdaxiləyə qarşı çıxdı
Eye

"Bölgədə yeni bir müharibənin yaşanmasını qətiyyən istəmirik. Bütün məsələlərin dialoq və sağlam düşüncə yolu ilə həllinin tərəfdarıyıq. İrana qarşı hərbi müdaxiləyə qarşıyıq. Gərginliyi artıracaq addımlardan çəkinməyin vacibliyini tərəfdaşlarımıza çatdırmışıq".

Bakupost.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanda "Asharq Al-Awsat" qəzetinə müsahibəsində deyib.

Türkiyənin İran ilə ABŞ arasında vasitəçilik etməyə hazır olduğunu bildirən Ərdoğan bölgəni alova atacaq hər addımın əleyhinə, sülhü gücləndirəcək hər addımın isə tərəfində olduqlarını qeyd edib.

Ərdoğan Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla bölgə ölkələri ilə aparılan məsləhətləşmə və koordinasiyanın əhəmiyyətinə də diqqət çəkib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar