Ru
14:14 / 26 Oktyabr 2026

Övladı üçün nağıl kitabı aldı, şoka düşdü: “Lotular”, “oynaşlar”, “3 xiyara aşiq olasan”...

Eye

Övladına nağıl kitabı alan valideyn səhifələri vərəqlədikcə gözləmədiyi ifadələrlə qarşılaşıb. Uşaqlar üçün nəzərdə tutulan kitabda yer alan bəzi cümlələr valideynin təəccübünə səbəb olub.

Bakupost.az xəbər verir ki, valideyn sosial şəbəkədə paylaşdığı videoda kitabda “Kömür alması” adlı nağılda “Onlar bənnanın varına sahib olmaq üçün özlərinin oynaşlarını xala qızı adı ilə bənnaya verib toy eyləyirlər. Lotular arvadı öyrədirlər ki, sən özünü xəstəliyə vur” cümlələrinin yer aldığını bildirib.

Kitabda, həmçinin “Gah-Gah dağında üç xiyara aşiq olasan” adlı nağılın olduğu bildirilir.

Valideyn kitabı azərbaycanlı bir xanımdan aldığını söyləyib. Uşaqlar üçün nəzərdə tutulan nəşrdə bu cür məzmunun yer alması narazılığa səbəb olub.

Gülsüm,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar