Qaraciyər çatışmazlığı səbəbindən uzun müddətdir müalicə olunan tanınmış türkiyəli aktyor Ufuk Özkan orqan transplantasiyası əməliyyatı keçirib.
Bakupost.az zəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayıb.
Təxminən 11 saat davam edən əməliyyatdan sonra həkimlər transplantasiyanın planlaşdırıldığı kimi baş tutduğunu və sənətçinin sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıblar.
"Xəstəmiz bu gecəni reanimasiyada keçirəcək. Sabah ayıltma prosesinə başlamağı, hər şey yolunda gedərsə ekstubasiya (süni tənəffüs aparatından ayırma - red.) prosesini həyata keçirməyi planlaşdırırıq. Reanimasiyada qalma müddəti adətən bir və ya iki gün çəkir. Xəstəxanada qalma müddəti isə orta hesabla iki-üç həftə arasında dəyişə bilər", - həkimlərin açıqlamasında bildirilir.