Bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Şəhidlər Xiyabanını ziyarət edib.
Bakupost.az xəbər verir ki, Serjan Abdıkarimov səfirliyin əməkdaşları və diplomatik korpusun nümayəndələri ilə birgə Şəhidlər Xiyabanında gül dəstələri qoyub, müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edib.