Ru
18:57 / 16 Aprel 2024

Qazaxıstan və Rusiya təşvişdə: daşqın fəlakəti böyüyür - SON DURUM

1013
Qazaxıstanın şimal bölgəsində 2000-dən çox ev su altında qalıb. Rusiyanın Kurqan və Tümen bölgələrində isə daşqınlar səbəbindən minlərlə insan təxliyə edilib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Ural və Cənub-Qərbi Sibir vilayətlərində çaylarda suyun səviyyəsi artıb. Qazaxıstanın qonşu rayonları da oxşar təhlükələrlə üzləşib.
Qazaxıstan prezidenti Kasım-Comart Tokayev daşqınlardan zərər çəkmiş Petropavlovsk şəhərinə səfər edib. Yerli hakimiyyət 10345 nəfərin bölgədən təxliyə edildiyini açıqlayıb. Tokayev hadisələri "milli fəlakət" kimi qiymətləndirərək, qarşıdakı 10 günün kritik olacağını və şəhərin yenidən qurulması üçün addımların atıldığını bildirib.

Rusiyanın Kurqan vilayətində isə Tobol çayı boyunca 300-dən çox ev və 700-ə yaxın yaşayış sahəsi su altında qalıb. Rusiya Fövqəladə Hallar Nazirliyi Tobol çayında suyun səviyyəsinin sürətlə yüksəldiyini açıqlayıb. Kurqan şəhərində elektrik enerjisi kəsilib və təxminən 1500 nəfər işıqsız qalıb.
Tümen vilayətinin İşim şəhərində isə İşim çayının səviyyəsinin kəskin artması ilə əlaqədar əhaliyə təcili təxliyə çağırışı edilib. Bölgə qubernatoru bəndlərin uçma ehtimalının artdığını bildirib və əhaliyə təhlükəsiz ərazilərə köçmələri ilə bağlı xəbərdarlıq edib.

Son illərin ən dəhşətli sel fəlakətinin baş verdiyi və su ilə doymuş bölgə fasiləsiz qar və yağışdan sonra daha da çətin vəziyyətə düşüb. Bazar ertəsi gününə olan məlumata görə, ərimiş qar suları 125 000-dən çox insanı evlərini tərk etməyə məcbur edib.

Qərbi Qazaxıstan vilayətində də hakimiyyət orqanları aprelin 20-də Ural çayı boyunca gözlənilən daşqın dalğasına qarşı qabaqlayıcı tədbir olaraq bəzi yaşayış məntəqələrinin boşaldılacağını açıqlayıb.

Qeyd edək ki, Ural çayı Qazaxıstanın neft sənayesinin mərkəzi olan Atırau vilayətinə doğru axır və Xəzər dənizinə tökülür.




Vasif
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər