Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri, keçmiş təhsil naziri Misir Mərdanov “Pozan” layihəsinə müsahibəsində təhsillə bağlı bir sıra məsələlərə toxunub, maraqlı fikirlər səsləndirib,
“Bakupost” xəbər verir ki, aparıcının “Deyirlər, siz şəxsən insanları qəbul edirdiniz. Amma yeni binaya köçəndən sonra heç kimi qəbul etməməyə başladınız və bu işi köməkçinizə həvalə etdiniz” sualına Misir Mərdanov belə cavab verib:
“Birincisi, Hökumət Evində hamını zala yığırdıq, özüm qəbul edirdim. Sonra gördüm ki... Bilirsiniz, insanlar çox qəribədir. Bir az sərbəstlik verən kimi həddi aşırdılar. Adamları öyrədirdilər, öyrədilmiş adamlar göndərirdilər ki, məni əsəbləşdirsinlər, təhqir etsinlər. Onda mən köməkçilərimə tapşırdım.
Hətta mən o zaman hər institutdan bir nəfər olmaqla Respublika Tələbə Şurası yaratmışdım. Tələbələrlə əlaqə saxlayırdım ki, orada olan məsələləri mənə tələbə kimi desinlər. Şuranın sədri də həmişə öz yanımda olurdu. Cavan oğlan idi, bir yerdə gedib-gəlirdik. Oğlum kimi baxırdım, hörmət edirdim. Bir də gördüm ki, həmin uşaq qəzetlərdən birində mənim haqqımda mənfi bir məqalə yazıb. Ondan sonra çox şeyə inam itdi. Yəni belə şeylər olurdu. Amma o yalandır ki, mən heç kimi qəbul etmirmişəm. Köməkçimi göndərirdim, şöbə müdirimi göndərirdim, gedib dinləyirdi. Kimlərin problemi mənlik idisə, həll edirdim. Kimlərin problemini nazir müavini, idarə rəisi həll edə bilərdisə, onları da onun yanına göndərirdilər”.
Lalə, BakuPost
Hörmətli Professor, Sabiq Nazir, *Tələbə Şurası* hansısa yataqxana əvəzinə Hökumət Evində (QHT) hansı-həmrəylik marağınamı çalışacaqmı? Oxşar *xırda* münasibətlərə görə *Qərb*, avropa haqq-hüquq strukturları bizləri sankı, milyonların ayrılma-Konstitusion dövləti-vətəndaş haqqları ilə bazardan alınan vacib əşya və maddi nemətlərlə qarışıq saldığımızı digər öz maraqlarında tərsinə də sui-irad istifadə etməzlərmi? Uzun müddətli etnik-kütləvi hərbi dəstəklənən işğal cinayətlərini mühakimə etməmək, ya müasir Həmkarlar Konfederasiyasının Əmək müqavilələrinə və Əmək haqqı ödənişlərinin Əmək Məcəlləsindən kənarlaşmalara münasibətinə hansı hesabat, ya iradlarına rast gəlinirmi? AzSSR, ya Müstəqillik dövründəmi Konfederasiya daha təsirli, ya kəsərli çalışır? Sizin kimi Xadimin bu suallara ciddi və qəti rəsmən siyas-hüquqi dünya aləminə yayımlanan Şəxsi mövqeyiniz çox vacibdir.