Ru
12:00 / 13 May 2024

Qəzza aclığın pəncəsində: Ərzaq tükənir...

Qəzza aclığın pəncəsində: Ərzaq tükənir...
Eye

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın cənubunda humanitar yardım blokadası səbəbindən ərzaq tükənmək üzrədir.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin Humanitar Yardım Agentliyinin (OCHA) rəhbəri Georgios Petropoulos təxminən 1,5 milyon fələstinlinin İsrailin hücumlarından sığındığı cənubda ərzaqların tükənmək üzrə olduğunu açıqlayıb.

Digər tərəfdən, Misir mətbuatının məlumatına görə, Qahirə rəhbərliyi Qəzzada humanitar vəziyyətin fəlakətə çevrilməsindən İsrailin məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, yardım üçün vacib olan Rəfah sərhəd qapısı mayın 7-dən bağlıdır.

Elnur
BakuPost


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar