Qəzzada ölənlərin sayı 43 min 163-ə yüksəlib.
Bakupost.az xəbər verir ki, Səhiyyə Nazirliyinin açıqlamasında İsrailin Qəzza zolağına 390 gündür hücumları ilə bağlı məlumat verilib.
İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi “5 qırğın”da 102 nəfərin həyatını itirdiyi, 287 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, 7 oktyabr 2023-cü ildən başlanan hücumlarda ölənlərin sayı 43 min 163-ə, yaralıların sayı isə 101 min 510-a yüksəlib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.
Elnur
BakuPost