Ru
11:39 / 31 Oktyabr 2023

Qəzzadan dəhşətli FOTOLAR - Ölənlərin çoxu uşaq və qadınlardır

16515
Qəzzada ölənlərin 70 faizi uşaq və qadınlardır.

Bakupost.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib.

Son 3 həftədə gördüklərindən dəhşətə gələn Lazzari Qəzzada İsrailin hücumlarına qarşı təhlükəsiz yer olmadığını vurğulayıb.






Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russel də İsrailin Qəzzaya hücumları nəticəsində indiyədək 3400-dən çox uşağın öldüyünə, 6300-dən çox uşağın isə yaralandığını açıqlayıb:

“Bu o deməkdir ki, Qəzzada hər gün 420-dən çox uşaq ölür və ya yaralanır ki, bu, bizim hər birimizin ürəyini sarsıtmalıdır”.

Qəzzada ən az 221 məktəb və 177 mindən çox yaşayış binasının dağıdıldığı və ya zədələndiyi barədə məlumatı paylaşan Russel, Qəzzanın digər həyati ehtiyaclarının, xüsusilə də təmiz suyun sürətlə tükəndiyini bildirib.

"Uşaqların hamısı sülhə layiqdir. Uşaqlar münaqişələrə başlaya bilməzlər və onların onları dayandırmağa gücü yoxdur", - Russel deyib.

Qeyd edək ki, bu gün İsrail-Fələstin müharibəsinin 25-ci günüdür.




Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər