Ru
18:11 / 21 İyun 2024

Qırğızıstan səfirinin ölkəmizdəki diplomatik missiyası başa çatdı

1405
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb.

Bakupost.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar Azərbycan xarici işlər naziri Ceyhun Bayramov səfiri qəbul edib. Görüş zamanı Azərbaycan və Qırğızıstan arasında mövcud dərinləşmiş strateji tərəfdaşlıq münasibətlərindən, liderlər arasında artan siyasi təmaslardan və artan əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Nazir Azərbaycanda diplomatik fəaliyyəti müddətində Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında səylərinə görə qarşı tərəfə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzu edib.

Azərbaycan və Qırğızıstan arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlığın əsasında iki ölkə və xalqlarımız arasında mövcud qardaş və dost münasibətlərin, həmrəylik və qarşılıqlı dəstəyin dayandığı məmnunluqla qeyd olunub. Bir çox istiqamətlər, xüsusilə qarşılıqlı investisiyalar, nəqliyyat və kommunikasiyalar kimi sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin olduğu, mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Həmçinin, görüş zamanı regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində artan dinamikanın təqdirəlayiq olduğu diqqətə çatdırılıb.

Ceyhun Bayramov Qırğızıstanın ölkəmizin yenidənqurma və sülh səylərinə dəstəyini minnətdarlıqla qeyd edib.

Səfir Kayrat Osmonaliyev Qırğızıstanın Azərbaycanda səfiri kimi çalışdığı müddətdə göstərilən dəstəyə görə təşəkkür edib, iki ölkə arasında strateji xarakter kəsb edən tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə dair inamını ifadə edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər