Azərbaycan vətəndaşı Hafiz Süleymanov Gürcüstanda itkin düşüb.
"Bakupost"un APA-ya istinadən məlumatına görə, qohumu gürcü mediasına bildirib ki, Hafiz Süleymanov quru sərhədlə Türkiyədən Gürcüstana keçib və avqustun 28-dən etibarən onunla əlaqə saxlamaq mümkün deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi bildirilib ki, itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı axtarış tədbirləri həyata keçirilir.