Ru
06:42 / 15 Sentyabr 2022

Qriqoryan: Bakı ilə atəşkəs əldə olundu

7535
Beynəlxalq ictimaiyyətin iştirakı ilə atəşkəs əldə olunub.

Bakupost.az xəbər verir ki, belə bir açıqlamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan səsləndirib.

“Bu, atəşkəslə bağlı razılaşmanın olması deməkdirmi?” sualına Qriqoryan “Təbii ki, razılaşma olmasaydı, atəşkəs mümkün olmazdı”, cavabını verib.

Bundan öncə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrinin iştirakçıları yekdilliklə Ermənistanla Azərbaycan arasında tezliklə atəşkəs əldə olunmasının, vəziyyətin siyasi-diplomatik vasitələrlə nizamlanmasının tərəfdarı olduqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan XİN İrəvana humanitar atəşkəs təklif etdiyini, buna baxmayaraq, Ermənistanın buna əməl etmədiyini və artilleriya atəşlərinə davam etdiyini açıqlayıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər