Ru
16:40 / 24 Sentyabr 2024

Qubada baş verən dəhşətli qəzanın VİDEOSU

Qubada baş verən dəhşətli qəzanın VİDEOSU
Eye

Qubada dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qəza zamanı iki avtomobil toqquşub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev açıqlama verib.

"Ötən gün saat 22 radələrində Quba şəhərində Heydər Əliyev prospektində Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Kənan Cabbarovun idarə etdiyi "Mersedes" markalı avtomobillə İkinci Nügədi kənd sakini 1982-ci təvəllüdlü Elşad Qayıbovun idarə etdiyi "Opel" markalı avtomobil toqquşub. Hadisə nəticəsində Elşad Qayıbov hadisə yerində həyatını itirib, Kənan Cabbarov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev bildirib.

Hadisənin anbaan görüntülərini təqdim edirik:



BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar