Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:12 / 11 İyun 2024

“Qurban bayramı Qurana əsaslanmır” - Açıqlama

4258
“Qurban bayramı Qurana əsaslanan bir bayram deyil. Sadəcə olaraq, həmin dövrdə Peyğəmbərin özünün başqa iki mövcud olan bayramı dəyişərək, birini Qurban, digərini Ramazan bayramı kimi müəyyənləşdirməsi ilə əlaqəli bir yanaşmadır”.

Bunu Bakupost.az -a açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.

O, hazırda qeyd etməyə hazırlaşdığımız Qurban bayramının bir ənənə halını aldığını bildirib:

“Qurban bayramı bir ənənədir, adətdir. Necə ki, Novruz bayramını keçirmək kimi bir ənənəmiz var, eləcə də Qurban bayramı da bir ənənədir. Çox insanlar bunu ət kəsmək kimi qəbul edirlər. Amma əslində Qurbanın özü sadəcə olaraq haqqla əlaqəli bir anlayışdır. O dövrdə böyük konqresə, toplantıya yığışanların həmin yerdə qidalanması üçün bir gün və yaxud da günlər olaraq müəyyənləşib. Amma sonradan bu ət kəsmə, yardımlaşma kimi qeyd olunub və günümüzə qədər gəlib çatıb. Bu gün Qurban bayramı sosiallaşmaq, ictimai yardımlaşmaq üçün bir vasitə olaraq görülür, o cür həyata keçirilir. Qurban bayramının məqsədi budur. Bu keçirilməsə, kimsə qurban kəsməsə, günah etmiş olmur. Amma qurban kəsmək istəyən Allah rizası üçün bunu edirsə, saleh əməl etmiş olur”.

Qeyd edək ki, Azərbaycanda iyunun 16-17-də Qurban bayramı qeyd olunacaq.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar