Fələstin radikal HƏMAS hərəkatının qəddarlığı fələstinlilərin kollektiv cəzalandırılması üçün əsas sayıla bilməz.
Bakupost.az TASS-a istinadla xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Yaxın Şərqdəki vəziyyətlə bağlı Təhlükəsizlik Şurasının iclasında deyib.
"HƏMAS-ın qəddarlığı Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına heç vaxt haqq qazandıra bilməz. HƏMAS-ın İsrailə qarşı mülki və hərbi obyektlərə fərq qoymadan raket hücumları və mülki əhalidən canlı qalxan kimi istifadə etməsi müharibə qanunlarına zidd olsa da, bu cür davranış İsraili məsuliyyətdən azad etmir. Beynəlxalq humanitar hüquqa mülki şəxsləri qorumaq, mütənasiblik və ehtiyatlılıq prinsiplərinə riayət etmək vəzifəsi daxildir”.
Quterreş qeyd edib ki, beynəlxalq hüquq bizi humanitar yardımın maneəsiz çatdırılmasına kömək etməyə məcbur edir.
"Beynəlxalq humanitar hüquq ayrı-seçkilik etməklə tətbiq edilə bilməz. O, bütün tərəflər üçün hər zaman eyni dərəcədə vacibdir. Beynəlxalq ictimaiyyət bu sınaqlara son qoymaq üçün mümkün olan hər şeyi etməlidir", - deyə Quterreş fikrini yekunlaşdırıb.
Zaur, BakuPost