Ru
14:19 / 11 İyun 2024

Quzu əti niyə bahalaşıb? - Ekspert səbəbləri açıqladı

2860
Xəbər verdiyimiz kimi, Qurban bayramı ərəfəsində quzu ətinin qiymətində bahalaşma müşahidə olunur. Belə ki, hazırda quzu ətinin kiloqramı 22 manata qalxıb.


Bakupost.az -a açıqlamasında iqtisadçi Rəşad Həsənov qiymət artımının müxtəlif səbəblərinin olduğunu deyib.

Onun sözlərinə görə, bahalaşmanın obyektiv və subyektiv səbəbləri var:

"Obyektiv səbəblər ondan ibarətdir ki, hər il faktiki olaraq Qurban bayramı dövründə bu məhsul üzrə tələb konsentrasiyası müşahidə olunur. Təbii ki, bu da bazarın qanunlarına uyğundur və tələb qısa müddətli dövr üçün artırsa, bu zaman qiymətlərdə də artım baş verir. Amma eyni zamanda növbəti illərdə Qurban bayramı ərəfəsində qiymət artımı daha intensiv xarakter alacaq. Çünki hər il bayram tarixinin 10 gün irəliyə çəkilməsi xüsusilə xırdabuynuzlu heyvanların çəkialma imkanını məhdudlaşdırır. Yəni onların qeyri-məhsul dövründə satışını təşviq edir və belə olduğu təqdirdə daha az çəkili heyvanların satılması zərurəti ortaya çıxır. Bu da təbii ki, istehsalçılar üçün xərclərin yüksək olması faktorudur. Eyni zamanda illik nəzərdə tutulan gəlir məsələləri də nəzərə alınmaqla baha qiymətə məhsulu bazara təşviq etmək zərurəti formalaşdırır".

R.Həsənov qeyd edib ki, hazırda idxalda bu istiqamətdə müşahidə olunan çatışmazlıq qonşu ölkələrin bazarlarında qiymətlərin əvvəlki qədər cəlbedici olmamasından əlavə bazara təşviq imkanlarını da məhdudlaşdırıb:

"Bununla yanaşı, daxili bazarda məhsulun maya dəyərini artıran faktorlar var. Həm yemin qiymətinin yüksək olması, həm əmək qüvvəsi xərclərinin əvvəlki dövrlə müqayisədə artması bu istiqamətdə qiymət artımlarını dəstəkləyir.

Düşünürəm ki, Qurban bayramı başa çatdıqdan sonra tələb və təklif arasında müəyyən optimallaşma müşahidə olunacaq və qiymətlər ucuzlaşan istiqamətdə dinamika nümayiş etdirəcək”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər