Ru
01:33 / 30 Oktyabr 2024

Qvardioladan Ronaldu və Messi ilə bağlı ilginc açıqlama

Qvardioladan Ronaldu və Messi ilə bağlı ilginc açıqlama
Eye

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Qızıl Top"u futbolçusu Rodrinin qazanmasına münasibət bildirib.

Bakupost.az xəbər verir ki, o, mətbuat konfransında deyib: "Xavi və İnyesta bu mükafatı ona görə qazana bilməyiblər ki, həmin dövrdə Messi var idi. Messini isə heç kim məğlub edə bilmirdi. Bunu ancaq Kriştiano edə bilirdi. Kriştiano canavar idisə, Messi canavarın atası idi. Onlar ikisi son 15-20 il ərzində inanılmaz şeylər ediblər. Ona görə, bəlkə də, Xavi və İnyesta bu mükafata layiq idilər. Düşünürəm, Rodri dünən bütün İspaniya futboluna layiq olanı qazandı.

Vinisius bu mükafata daha çox layiq idi? Bəlkə də, lakin olan artıq olub. Səsverməni jurnalistlər edirlər, hansısa varlı insanların qruplaşmaları yox. Bu mükafata bütün dünya səs verib, bir ölkə yox".

Xatırladaq ki, dünən Rodri 2024-cü ilin "Qızıl Top" mükafatını qazanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar