Ru
10:04 / 28 İyun 2024

Rafil Hüseynovun müavini olmaq üçün 111 min manat verdi - Aldadıldı

5766
Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs həbs edilib.

Bakupost.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaş Aqil Zeynalov digər şəxslə əlbir olaraq əmisi oğlu Elçin Zeynalovdan 111 min manat alıb.


A.Zeynalov və əlbir olduğu şəxs zərərçəkənə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova birinci müavini təyin olunacağı barədə yalan vəd veriblər. İşin reallaşması üçün isə ondan pul alıblar.

Elçin Zeynalov əvvəllər Ağcabədi rayonunda icra strukturunda işləyib. Sonradan pul qarşılığında icra başçısının birinci müavini olmaq istəyib. Bunun üçün o, əmisi oğlu vasitəsilə tanıdığı, özünü yaxşı əlaqələri olan şəxs kimi təqdim edən digər təqsirləndirilənlə əlaqəyə keçib.

Xeyli vaxtdır, axtarışda olan Aqil Zeynalov bir neçə gün əvvəl saxlanılıb. Prokuror onun həbs edilməsi ilə bağlı məhkəməyə təqdimat verib.

Hakim Gültəkin Əsədovanın qərarı ilə A.Zeynalov haqda 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onunla əlbir olmaqda şübhəli bilinən şəxsin isə axtarışı davam edir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər