Ru
09:15 / 11 Mart 2024

Ramazan bayramında 5 gün iş olmayacaq

7178
Bu gündən müsəlman aləminin müqəddəs ayı sayılan Ramazan daxil olub.

Bakupost.az xəbər verir ki, Ramazan bayramının 10-11 aprel tarixlərinə təsadüf edəcəyi gözlənilir.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarına əsasən, Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 6-sı isə rəsmi iş günü elan edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər