Ru
01:00 / 14 Fevral 2026

Ramiz Mehdiyevin səsini eşidəndə dəhşətə gəldim... - VİDEO

Ramiz Mehdiyevin səsini eşidəndə dəhşətə gəldim... - VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bkupost TV yutub kanalında yeni yayımlanan on ikinci “Yazıçı Postu” layihəsinin yazılı variantını təqdim edir.


1. Ramiz Mehdiyevin evindən çıxan pullar...


– Düzü, mən hər dəfə belə xəbərləri eşidəndə bu yaşda da heyrətimi gizləyə bilmirəm. Əvvəlcə Ramiz müəllimin səsinə heyrətləndim. Mənə elə gəldi ki, o səslə yalnız kimisə köməyə çağırmaq olar. Məsələn, evdə təksən, səhhətin pisləşir, qonşunun oğluna zəng vurursan ki, düş mənə təzyiq dərmanı al, şəkər dərmanı al, yaxud təcili yardıma zəng elə... Yəni, səs o qədər fağır, o qədər əlacsız, o qədər miskin çıxırdı ki, o səslə gedən dialoqlara adam inana bilmirdi. Belə bir səs axı niyə belə bir iddada bulunsun. İkinci də Ramiz müəllimin evindən çıxan pulun miqdarını – 17 milyonu ona yaraşdırmadım. Nə puldur ki bu? 25 il ölkəni çapıb-talayan biri üçün çox kiçik rəqəmdir. Yadımdadır, SOCAR-ın adi bir şöbə müdiri on-on beş il əvvəl Bodrumda yan-yana 15 milyonluq üç villa almışdı. Dövlət sturkrurlarının, aidiyyatı orqanların açıqladığı bu cür pulların miqdarı milyon, hətta on milyon olanda bizi təəccübləndirmir. 700-800 maaşa işləyən bizlər üçün bu rəqəmlər o qədər də çox görünmür. Yarım milyarddan yuxarı olanda, bizə nəsə deyir. Çünki artıq bu rəqmlər bizim üçün quru statistikaya çevrilib. Hətta bəzən milyarlard da bizi heyrətləndirmir. Görəsən, niyə belə bir tale bizə nəsib oldu? Bir yandan 17 milyon bizə az gəlir, o bir yandan maddi sıxıntılar ucbatından müalicəmizi təxirə salırıq, ili bir dəst paltarda keçirirk.


2. ABŞ-nin “əxlaqsız” Vitse-prezidenti...


– Bəli, cənab Cey Di Vens Azərbaycana çox böyük enerji ilə gəldi. Gələn kimi də bəyan elədi ki, “Tramp yolu” ilə gələn ilk ABŞ rəsmisi olduğu üçün özünü xoşbəxt hiss edir. Aeroportda da xanımı ilə öpüşdü. Onda mən bir balaca qımışdım. Bizim mentalitet keşikçiləri buna necə reaksiya verəcək deyə.... Yadınızdadırsa, “Məhsəti” filmində böyük bir kütlə öpüşməyə qarşı çıxmışdı. Amma bu dəfə heç bir reaksiya görmədim. Çünki biz şahsevən millətik və gücümüzü yalnız qələm admalarına, sadə, xalqın içindən çıxan insanalara göstəririk. Cənab Vens isə doğrudan da xoş bir enerji ilə gəlmişdi. Xanımı ilə öpüşməsi də məncə təsadüfi deyildi və bu gəlişin xoşməramlı niyyətini göstərirdi. İkinci yaddaqalan məqam onun övladlarının əlində kitab olması idi. Yəqin bizimkilərin çoxu o uşaqları əlində ayfon, əyinində bahalı geyimlər gözləyirdi. Səfərin bütün mesajları şəxsən mənim ürəyimcə oldu. Bildiyiniz kimi iyinin 7-də Ermənistanda seçkilər nəzərdə tutulur. Amerika istəyir ki, bu tarixə qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Görünür, bu seçkilərdə Paşinyanın seçilməmə ehtimalı var. Bu vəziyyət məni bir balaca mütəəssir edir. Həyatım boyu ağlıma gəlməzdi ki, hansısa erməni lider üçün Allaha dua edəm. Ancaq Xocalı qatillərinin hakimiyyəti gəlib həm Azərbaycan, həm erməni xalqlarına yeni faciələr yaşatmaması üçün Paşinyanın hakmiyyətdə qalmasını arzulayıram. Müharibəyə qədər nə olub-olub, müharibədən sonra biz Paşinyanın şəxsində ərazi bütövlüyümüzü tanıyan, Qarabağın Azərbaycana məxsus olduğunu etiraf edən və mehriban qonşuluq şəraitində sülh içində yaşamaq üçün çalışan demokratik bir lider görürük. Ona görə onun məğlub olmaması üçün hər bir ağıllı azərbaycanlı Allaha dua etməlidir. Məncə, biz erməni ifadəsi altında 3 milyonluq xalqın hamısını identifikasiya etməməliyik. Demirəm, gedib dost olaq, konyak içək, sadəcə tədbirli davranıb Paşinyanla Köçəryanın – paşinyanlarla köçəryanların fərqini görək. Cənab Vens də təxminən bunu deyir və Qafqazda sülh yaratmağa çalışır. Bizim hakimiyyətin də sülhə doğru ciddi addımlarını görürük. Mən tezliklə Qafqaza qalıcı sülh arzulayıram. Bunu yalnız bizi sevməyən qüvvələr istəməz.


3. Vardanyanın Füzuli və Cavid sevgisi...


– Həftənin ən maraqlı hadisələrindən biri də Vardanyanın məhkəmədə Füzulidən və Caviddən söz açması oldu. Füzulinin “Padşahi-mülk” qitəsindən danışdı, Cavidin isə poemasından bir hissə oxuduğunu dedi. Cavidin poemaları o qədər də məşhur deyil. Az-çox “Azər” poeması tanınır. Vardanyan bu əsərlərdən danışır, ardınca “Arzax-Sarsax” şüarları səsləndirir. Halbuki Füzulinin adı gedən qitəsi müharib və işğal əleyhinədir. “Azər” poemasının müəllifi isə əsasən bu misralarla tanınır:


Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzün...


“Arsax-Sarsax” şüarının mahiyyətində Azərbaycanın ərazi bütövlüyünü təhdid etməklə yanaşı azadlıq və insan hüquqları anlayışlarının spekulyasiyası da var; Ermənistanın ərazisini Azərbaycanın tarixi torpaqları hesabına genişləndirmək siyasətini hüquq və azadlıqlar adı altında pərdələməyə çalışırlar.


Vardanyanın Füzuli və Cavid sevgisi bu şüarlarla bir yerdə mənə bir balaca qeyri-səmimi gəldi. Lakin bütün hallarda başqa millətdən olan bir məhkumun belə ciddi Azərbaycan şairlərini oxuması yaxşı haldır. Ədəbiyyat həmişə birləşdirir, qovuşdurur, düşündürür. İndən belə zamanı olacaq, ümid edirəm, adını çəkdiyi şairləri daha yaxşı oxuyar və anlamağa çalışar.


4. Fəzail Ağamalının dalınca danışanlar...


– Sosial şəbəkədə müşühidə etdiyim təəssüf doğruan hallardan biri də dünyasını dəyişən ictimai-siyasi xadimlər və bəzi sənət admları haqqında həqarətli sözlərin işlənməsidir. Əlbəttə, müəyyən tənqidi fikirlər səssləndirilə bilər. Bəzən deyirlər, ölənin arxasınca danışmaq olmaz, bu da məntiqə uyğun deyil. Onda gərək biz nə Hitlerdən danışaq, nə Stalindən... Belə deyil. Bir insanın ictimai fəaliyyəti varsa, onun atdığı addım, gördüyü iş, bir ölkənin, bir mahalın, bir kəndin, hətta bir qrup insanın taleyinə təsir eləyirsə, o, müzkirə olunmalıdır. İstər ölüsü, istər dirisi. Lakin burada müəyyən daxili senzura işləməlidir. Fəzail müəllimə ilk növbədə rəhmət diləyirəm, Allah günahlarından keçsin. O, dünyasını dəyişən kimi elə sözlər eşitdim və oxudum ki, başımın tükləri biz-biz oldu. Adam haqqında açıq-açığına söyüşlər işlədirdilər. Görəsən, bu niyə belədir? Deyəsən, günah bir az da insanın yaşadığı ömürdədir. Aşıq Ələsgərin məşhur misrası var: Arxasınca xoş sədalı gərkdir. Elə etməlisən ki, sən durub gedəndən, yaxud ölüb gedəndən sonra haqqında heç olmasa iki nəfərdən biri müsbət sözlər danışsın. Eyni vaxtda millət vəkili Siyavuş Novruzovun müsahibəsi getmişdi. Şərh bölməsinə baxdım, 95-98 faiz söyüş, həqarət, ən yumşaq halda sərt etirazlar vardı. Müsbt nəsə yazan tək-tük adamlar da onu şəxsən tanıəyanlar idi. Məsələ burasındadır ki, biz parlamentdə də, yüksək vəzifə sahibləri arasında da çoxlu yaxşı insanlar görürük. Lakin ümumi vəziyyət elədir ki, bütün ictimai fəaliyyətini yaxşılıqlar üstündə qura bilmirsən, lakin əlinə imkan düşən kimi ayrı-ayrı şəxslərə, insanlara əlindən gələn yaxşılıqları edirsən. Bir növ boşluğu doldurmağa çalışırsan. Mən belələrinə epizodik yaxşılıqlar adamı deyirəm. Ancaq elə insanlar da var ki, vəziyyəti anlaya-anlaya kiməsə o epizodik yaxşılığı da eləmir. Müşahidə etdiyim qədər, gündəmə gələndə söyülənlər də belələridir. Qənirə Paşayeva nümunəsi var. O da eyni şərtlərlə parlamentdə oturmuşdu. Onun üçün xüsusi şərait yaradılmamışdı. Lakin insnaların sevgisini qazana bilmişdi. Niyə? Əlinə düşən fürsətlərdə insnlara yaxşılıq etdiyinə görə. Bəzən insanların kütləvi həqarət yağdırmasını “qaragüruh” adlandırıb özümüzə də, ətrafımıza da təskinlik veririk. Gəlin, rəqəmlərə baxaq: Azərbaycanda 6,7 milyon nəfər sosial şəbəkə istifadəşisi var. Bu ümumi əhalinin 67, 18+ yaşda olan əhalinin, yəni seçicilərin isə 88 faizini təşkil edir. Bunlar hamısı qaragüruhdursa, bəs xalq kimdir? Yüz minlərlə adam səni söyürsə, oturub düşünməlisən. Nəsə düz getmir demək. Vəziyyəti qaragüruh, trol dəstəsi, cahil sürüsü ifadələri ilə sığortalaya bilməzsən. Sosial şəbəkələr aşağı-yuxarı xalqın iradəsidir. Bu həmin insanlardır ki, cənab prezident işğaldan azad olunan ərazilərin adını çəkəndə, onu yüz minlərlə tirajlayırdı. Bəli, içləirndə qaragüruh da var, trol da var, tərbiyəsiz də var, lakin yüz minlərlə insana bu damğanı vurmaq olmaz. Bir millət vəkilinin müsahibəsinin altında 95 faiz insan sərt tənqid, bəzənsə səhrədləri aşıb təhqir yazırsa, o oturub ciddi-ciddi düşünməlidir. Bu məqamda onun həqiqi səslə seçilməsi də şübhə altına düşür. Demirəm, seçilməyib. Əlimdə fakt yoxdur. Lakin məsələ kifayət qədər şübhəlidir.


5. Azərbaycan yazıçısının xalqdan aman diləyən ailəsi...


– Gəldik-çıxdıq zurnanın fırt deyən yerinə. Əminəm, Ramiz Mehdiyevin evindəki o pul “paçka”larını görən hər bir insanın ürəyindən fərqli bir arzu keçirdi. Hətta bizim dostların biri yazmışdı ki, bu pula necə gözəl qəzetlər buraxmaq olar. İnanın, başqa biri baxıb deyir ki, o “paçka”nın biri məndə olsaydı, övladımı ölməyə qoymazdım. Yaxud uşağımın təhsili yarımçıq qalmazdı, özümü müalicə eləyib üç-dörd il də yaşayardım, heç olmasa bir il bazardan istədiyim ərzağı, mer-meyvəni alardım, ailəm korluq çəkməzdi və sair və ilaxır. Əmin olun, o qutudakı pullara ölüm-qalım dilemmasından baxan yüz minlərlə azərbaycanlı ailəsi var. Yazıçı-filosof, 80 kitab müəllifi Əlisa Nicatın oğlu, gəlini və nəvəsi kimi... Ana xərçəng, oğul eplepsiya xəstəsi... Müalicəyə isə imkan yox. Ona görə qadın Azərbaycan xalqına müraciət edir.

Ramiz Mehdiyevin qutularını dolduran o “paçka”lardan yalnız biri bu ailəni xilas edə bilər.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar