Ru
10:35 / 19 Sentyabr 2022

Regionda çaxnaşma salmaq istəyirlər - Səməd Seyidovun şərhi

Regionda çaxnaşma salmaq istəyirlər - Səməd Seyidovun şərhi
Eye

"Nensi Pelosinin açıqlamaları Ermənistanla Azərbaycan arasındakı sülh prosesinə böyük zərbədir".


Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov Bakupost.az-a açıqlamasında deyib.


Millət vəkili, bu səfərin sülh prosesinə qarşı böyük təxribat olduğunu diqqətə çatdırıb:


"Ermənipərəst qüvvələrin nümayəndəsi kimi Pelosi və ətrafına yığdığı erməni konqresmenlər birbaşa Azərbaycanı sülhdən uzaqlaşdırmaq, regionda çaxnaşma salmaq, bununla geosiyasi məqsədlərinə nail olmağa çalışır, eyni zamanda seçkiqabağı erməni lobbisinə dəstək verirlər. Biz qətiyyətlə Azərbaycana qarşı olan təxribat xarakterli açıqlamaları pisləyirik".


S.Seyidov Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə ermənilərin hücumları haqqında da danışıb:


"Təəssüf ki, qanunun aliliyindən danışan Avropanın aparıcı ölkələrindən birində, eyni zamanda dünyanın müxtəlif ölkələrində Azərbaycan səfirliyinə qarşı təxribatlar törədilib və bu zaman lazımi mühafizə təmin olunmayıb. Biz bunu Böyük Britaniyada, Fransada və digər ölkələrdə də gördük. Hesab edirəm ki, bu heç də özbaşına olan hadisələr kimi qiymətləndirilə bilməz. Biz bunlara etirazımızı bildirməliyik. Azərbaycan XİN artıq etirazını bildirib. Biz də beynəlxalq təşkilatlarda etirazımızı bildirəcəyik. Qanunun aliliyindən danışanlar qanunu göz qabağında pozurlar".


Fəridə
Baku Post


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar