Ru
19:10 / 30 Sentyabr 2022

"Rəhimin ayağı çox şişmişdi" - Xalası oğlu müğənninin son günlərindən DANIŞDI

6437
"Rəhimin sağ ayağında mil var idi. Ona çox gəzmək olmazdı. Amma buna əməl etmirdi. Ona görə də ayağı çox şişmişdi".



Bakupost.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında mərhum müğənni-bəstəkar Rəhim Rəhimlinin xalası oğlu Samir Həşimov deyib. Onun sözlərinə görə, Rəhim səhhəti ilə bağlı onunla heç vaxt danışmayıb:



"Yanında çox olmuşam. Amma o bir dəfə də olsun deməyib ki, xalaoğlu, ciyərimdə ağrılar var. Hərdən ürəyini tutub deyirdi ki, ürəyim sancır. Mütəmadi həkimlərə gedirdi. Türkiyəyə, Moskvaya da müalicəyə gedirdi. Həkimlər deyirdilər ki, ürəyində problem olduğundan ona stress olmaz. Belə başa düşürəm ki, Rəhim özünə baxmırdı.



Əgər özünə baxsaydı, bu günə düşməzdi. O, "xəstə" sözünü qəbul etmirdi və bu sözdən xoşu gəlmirdi. Rəhimlə ən son sırağagün danışmışam. Zəng elədim ki, gəl həyət evində oturaq söhbət edək, çay içək.



"Hə" cavabını versə də, gəlmədi. Necə hiss etdiyi və narahatçılığının olub-olmaması haqda heç nə demədi. Bəlkədə vardı, amma mənə demədi. Sağlamlığı ilə bağlı heç bir problemdən mənə danışmadı".

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər