Ru
13:35 / 05 Avqust 2022

YAP-çı deputatdan etiraz: "Britaniyanın sayğısız yanaşması təəccüb doğurur..."

4280
Dünən Londonda Azərbaycan səfirliyinə bir qrup dini radikal tərəfindən hücum edilməsi xəbəri bütün Azərbaycanı hiddətləndirib. Bu sıradan bir hadisə, eyni zamanda sadəcə, dini qrupun hansısa bir bəyanatı məsələsi deyil. Arxasında çox ciddi qüvvələr dayanır.


Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.


Millət vəkili bildirib ki, Azərbaycanın müstəqil siyasət aparması, öz torpaqları üzərində suveren hüquqlarını həyata keçirməsi xaricdə müəyyən dairələrin ölkəmizə qarşı təxribatlar təşkil etməsinə səbəb olur:


"Azərbaycanın qeyri-qanuni erməni hərbi dəstələrini zərərsizləşdirməsi, şəhid olan əsgərimzin qisasının almasından dərhal sonra bu hadisənin baş verməsi təsadüfi deyil. Bu, hadisənin arxasında erməni dairələrinin durduğunu da sübut edir. Dünən və bu gün Ermənistan mətbuatında, sosial şəbəkəsində bir sevinc hissi yaşanır, səfirliyimizə hücumu sanki Ermənistanın qələbəsi kimi qələmə verirlər".

Millət vəkili hesab edir ki, səfirliyə hücum Azərbaycanın müstəqil siyasətinə qarşı kimlərinsə təxribatıdır:


“Azərbaycanın beynəlxalq birlikdə artan nüfuzu, öz daxili problemlərini özünün həll etməsi xaricdə müəyyən dairələri qıcıqlandırır. Azərbaycanda dinlə bağlı hər hansı bir problem yoxdur. Hər il Cənab Prezident dini icmalara xeyli vəsait ayırır. Xarici ölkələrin nüfuzlu dairələri də Azərbaycanda dinlə bağlı hansısa problemin olmadığını bildirirlər”.


A.Mirzəzadə məsələnin dinlə bağlı olmadığını, təxribatların Azərbaycanın müstəqilliyinə qarşı edildiyini diqqətə çatdırıb:


“Bunlar din məsələsi deyil. Belə təxribatlar Azərbaycanı öz müstəqil siyasətindən heç vaxt çəkindirməyəcək. Biz müstəqilliyimizi milii maraqlarımıza uyğun quracağıq. Eyni zamanda burada Böyük Britaniyanın hakimiyyət orqanlarının səfirliyimizin təhlükəsizliyinin qorunmasına sayğısız yanaşması təəccüb doğurur. Demokratiya və hüququn işlədiyi bir məkan kimi tanınan Böyük Britaniyanın mərkəzində xarici ölkə səfirliyinin tutulması, dini radikalların bayrağımızı çıxararaq, öz bayraqlarını sancması qəbuledilməzdir. Əlbəttə ki, rəsmi dairələrimiz bununla bağlı çox ciddi addımlar atmalıdır”.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər