Hansı bank etibarlıdır? - SORĞU
Ru
18:55 / 21 Noyabr 2024

Rəsulzadənin sitatı yerinə qaytarılacaq?-Açıqlama

1892
Məlum olduğu kimi, bu ilin aprel ayında Səhiyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasının üzərindən Cümhuriyyətin qurucularından Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” sözlərinin əks olunduğu lövhə götürülmüşdü.

Bakupost.az “Qafqazinfo” ya istinadla xəbər verir ki, həmin vaxt binada təmir işlərinin aparıldığı, təmirdən sonra sözügedən lövhənin öz yerinə bərpa olunacağı bildirilirdi.

Lakin sosial şəbəkələrdə binanın təmirinin bitdiyi, lakin hələ də lövhənin qoyulmaması ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdiriyyətindən verilən məlumata görə, binanın yeni görünüşünə uyğun lövhə hazırlanaraq yerinə asılacaq: “Bina müasir üslubda əsaslı təmir edilib. Məhəmməd Əmin Rəsulzadənin sözlərinin və bayraq arnamentinin konseptual layihəsinin binanın yeni görünüşünə uyğun hazırlanması məqsədilə bir neçə layihə şirkətinə sorğu göndərilib. Konseptual layihə seçildikdən sonra, quraşdırma işlərinin həyata keçirilməsi prosesinə başlanılacaq”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar