Ru
13:16 / 17 Sentyabr 2026

Messinin rekorduna 13 il sonra SON QOYULDU

Messinin rekorduna 13 il sonra SON QOYULDU
Eye

İspaniya La Liqasının VI turunda “Barselona” doğma meydanda “Rasinq”i 7:2 hesabı ilə məğlub edib.

"Bakupost" xəbər verir ki, qarşılaşmada braziliyalı hücumçu Rafinya Dias het-trik edib. “Barselona”nın digər qollarını Joao Kanselo, Qabriel Jesus və Lamin Yamal vurub. Asier Villabre isə topu öz qapısına göndərib.

İdman jurnalisti Fabrizio Romanonun məlumatına görə, Rafinya yeni mövsümün ilk yeddi oyununda bütün turnirlərdə 11 qol vurub.

Bununla da braziliyalı futbolçu 2012/13 mövsümünün ilk yeddi oyununda 10 qol vuran Lionel Messinin nəticəsini geridə qoyub.

Rafinyanın hesabında həmçinin üç məhsuldar ötürmə var.

La Liqada altı turdan sonra “Barselona” 18 xalla turnir cədvəlinə başçılıq edir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar