“Apple”ın yeni “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinə tələbatın ötən ilki “iPhone 17 Pro” seriyası ilə müqayisədə daha zəif olduğu bildirilir.
“Bakupost” xəbər verir ki, analitik Jeff Punun məlumatlarına görə, “iPhone 18 Pro”nun 256 və 512 GB yaddaşlı modellərinin bir çox rəng variantında çatdırılma müddəti 3-4 həftəyə çatıb. Daha yüksək yaddaşlı modellərin bəzi rəngləri isə daha tez əldə edilə bilir.
Pu hesab edir ki, bu göstəricilər “iPhone 18 Pro” seriyasına ilkin tələbatın “ılıq” olduğunu göstərir. Ötən il “iPhone 17 Pro Max” ön sifarişlərin başlamasından cəmi bir gün sonra 3-4 həftəlik çatdırılma müddətinə çatmışdı.
Analitikə görə, daha məhdud yeniliklər və modellərin bahalaşması tələbatın zəifləməsinə təsir göstərmiş ola bilər. İlk qatlanan “iPhone” modelini gözləyən istifadəçilərin də alış qərarını təxirə saldığı ehtimal edilir.
Vüsalə Hüseynova,
BakuPost