Ru
16:25 / 07 İyul 2025

Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq

Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Eye

Rusiya Federasiyasının hökumət təyyarəsi Vnukovodan havaya qalxıb və Bakıda eniş etməyə hazırlaşır.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya xüsusi xidmət orqanlarına yaxın “VÇK-OQPU” Teleqram kanalı bildirib.

“Bu gün Moskvanın Vnukovo hava limanından havaya qalxan Rusiyanın Xüsusi Uçuş Dəstəsinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyə hazırlaşır”, - xəbərdə deyilir.

Qeyd olunur ki, hökumət təyyarısində gələn şəxs Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovdur. Məlumatlara görə, o, Azərbaycan tərəfi ilə ikitərəfli münasibətlərin normallaşması ilə bağlı qeyri-rəsmi danışıqlar aparacaq.

Kurenkovun Putinin şəxsi məktubunu Əliyevə çatdıracağı da deyilir.

Zaur, BakuPost

Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar