Ru
19:39 / 15 Yanvar 2024

Rusiya Azərbaycana başsağlığı verdi

Rusiya Azərbaycana başsağlığı verdi
Eye

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bakupost.az xəbər verir ki, bu barədə müvafiq paylaşım səfirliyin sosial şəbəkələrdəki səhifəsində yerləşdirilib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib. Nəticədə 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb, 3 nəfər dağıntılar arasından sağ çıxarılıb.

Şərhlər
  • Petrəddin

    Rusiya səfiri,yoxsa Rusiya?Nə həyasız adamlarsız!

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar