Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumu Rusiyanı çıxılmaz vəziyyətə salıb. Belə ki, ruslar Ukraynada işğal etdikləri ərazilərdə möhkəmlənə bilmirlər. Əksinə Ukraynadakı qoşunlarının bir hissəsini ərazidən çıxarırlar.
Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev min kvadratkilometrə yaxın ərazisini itirən Rusiyanın daha böyük itkilərə məruz qalmamaq üçün Ukrayna ərazisində mövcud olan qoşunlarının bir hissəsinin Kursk vilayətinə gətirilməsinə qərar verdiyini deyib.
Ə.Verdiyevin sözlərinə görə, hazırda Rusiya üçün prioritet Ukrayna əraziləri deyil, öz ərazilərinin təhlükəsizliyini təmin etməkdir:
"Ona görə də Rusiya əlində olan imkanları daha çox Kursk istiqamətinə yönləndirə bilər. Burda əsas problem ondan ibarətdir ki, Rusiyanın itirdiyi ərazilərdə yaşayan mülki əhalinin çıxarılması tam başa çatmayıb. Ona görə də Rusiya yaxın prespektivdə yalnız müdafiə xarakterli əməliyyatlar keçirəcək”.
Hərbi ekspert bildirib ki, Ukrayna təchizat və əlavə heyət, texnika, maddi təminat məsələlərini həll edə bilsə, hücumlarını Kursk şəhəri istiqamətində və Kurçatov Atom Elektrik Stansiyasına doğru davam etdirə bilər.
Vasif
BakuPost