Ru
17:14 / 02 Sentyabr 2024

Rusiya MN-də 1,5 milyardlıq korrupsiya: generala cinayə işi açıldı

Rusiya MN-də 1,5 milyardlıq korrupsiya: generala cinayə işi açıldı
Eye

Leninqrad Hərbi Dairəsi komandirinin maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumindjanov barəsində cinayət işi açılıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, İstintaq Komitəsi onu Cinayət Məcəlləsinin 290-cı (xüsusilə külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilib.

Cinayət işi o, Rusiya Federasiyası Müdafiə Nazirliyinin Resurs Təminatı İdarəsinin rəisi vəzifəsində işlədikdən sonra başlanıb. Müstəntiqlərin fikrincə, bu vəzifədə Mumindjanov formaların tədarükü üçün kommersiya təşkilatları ilə müqavilələrin bağlanmasına kömək edib. Onun imzaladığı müqavilələrinin məbləği 1,5 milyard rubldır. Bu müqavilələrin müqabilində o, ümumilikdə 20 milyon rubldan çox rüşvət alıb.

Müstəntiqlər Mumindjanov və onun ailə üzvlərinə məxsus Moskva və Voronejdə dəyəri 120 milyon rubldan çox olan daşınmaz əmlaklar aşkar ediblər və hazırda araşdırma aparılır.

Vasif
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar