Ru
13:27 / 21 Sentyabr 2022

Rusiya nüvə silahına əl atır? - Putindən Qərbə açıq mesaj

Rusiya nüvə silahına əl atır? - Putindən Qərbə açıq mesaj
Eye

"Ölkənin ərazi bütövlüyü təhlükə altına düşərsə, bütün mümkün vasitələrdən istifadə edəcəyik. Bu, blef deyil".


Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin televiziya ilə xalqa müraciəti zamanı deyib.


Rusiya lideri ölkəsinə qarşı aqressiv bəyanatlar səsləndirənlərə xitabən deyib:


“Sizə xatırlatmaq istəyirəm ki, Rusiyada hər cür məhvetmə vasitəsi var, hətta bu silahlar bəzi komponentlərinə görə NATO ölkələrindən olan silahlardan daha müasirdir. Ölkəmizin ərazi bütövlüyünə təhlükə yaranarsa, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Rusiya vətəndaşları əmin ola bilərlər ki, Vətənimizin ərazi bütövlüyü, müstəqilliyimiz və azadlığımız təmin olunacaq”.


Qeyd edək ki, dünən Rusiya prezidenti qismən səfərbərlik elan edib. Belə ki, ehtiyatda olan 300 min nəfər orduya çağırılacaq.

Zaur
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar