Ru
15:27 / 04 İyun 2024

Rusiya-Qərb qarşıdurması: NATO quru müharibə hazırlıq görür

1108
NATO Rusiya ilə baş verə biləcək böyük quru müharibəsi ilə əlaqədar Amerika qoşunları və silahlarını cəbhə xəttinə göndərmək üçün çoxsaylı “quru dəhlizləri” hazırlayır.

Bakupost.az xəbər verir ki, bu barədə “The Daily Telegraph” öz mənbələrə istinadən bildirib.

Qeyd olunur ki, hazırlanmış plana əsasən, müharibə baş verərəsə, Amerika əsgərləri beş limandan birinə enəcəklər. Daha sonra onlar Moskvanın mümkün hücumunun qarşısını almaq üçün əvvəlcədən planlaşdırılmış logistik marşrutlar üzrə göndəriləcəklər.

“Quru dəhlizləri” NATO ali rəhbərliyinin Qərb hökumətlərinin yaxın iki onillikdə Rusiya ilə münaqişəyə hazırlaşmalı olduğu barədə xəbərdarlıqları fonunda yaradılır.

Amerikalılar üçün "quru dəhlizləri"

Logistik marşrutlar NATO liderlərinin keçən il Vilnüsdə keçirilən sammitdə alyansı müdafiə etmək üçün 300 000 hərbçinin yüksək hazırlıq vəziyyətində olması barədə razılığa gəlmələrinidən sonra əsas prioritetə ​​çevrilib.

Hazırkı planlar Amerika qoşunlarının əvvəl Hollandiya limanlarına enmələrini, sonra Almaniyadan keçərək Polşaya qatarla getmələrini nəzərdə tutur. Rusiyanın NATO-ya müdaxiləsi halında ABŞ qoşunları Rotterdam limanına gələcək və sonra şərqə göndəriləcək.

Lakin NATO Rusiyanın quru rabitə xətlərini kəsə bilməyəcəyinə əmin olmaq üçün digər limanlara doğru marşrutları genişləndirməyə razıdır.

“Ukrayna Rusiyanın logistika sistemlərinə uzaqmənzilli raket hücumundan çox əziyyət çəkir" - deyə NATO-nun Logistika Direktorluğunun rəhbəri general-leytenant Aleksandr Solfrank deyib.

Hollandiyadan gələn NATO qüvvələri Rusiya bombardmanlarına məruz qalarsa və ya Moskva Şimali Avropa limanlarını məhv edərsə, Alyans diqqəti İtaliya, Yunanıstan və Türkiyədəki limanlara yönəltməyi planlaşdırır.

İtaliya limanlarından ABŞ qoşunları Ukrayna ilə həmsərhəd olan Sloveniya, Xorvatiya və Macarıstan vasitəsilə qurudan keçə bilər.

Alyansın şərq cinahına çatmaq üçün Türkiyə və Yunanıstan limanlarından Bolqarıstan və Rumıniya vasitəsilə qüvvələrin daşınması üçün oxşar planlar mövcuddur.

Qoşunların Balkanlardakı limanlar, eləcə də Norveç, İsveç və Finlandiya vasitəsilə daşınması planları da hazırlanır.

Bu dəhlizlərdə hərbçilər yerli qaydalarla məhdudlaşdırılmayacaq və adi məhdudiyyətlər olmadan yük daşımaqda sərbəst olacaqlar.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər