Ru
19:52 / 16 May 2025

Rusiya-Ukrayna danışıqlarının - NƏTİCƏSİ

Rusiya-Ukrayna danışıqlarının - NƏTİCƏSİ
Eye

"Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqların yeni raundunun keçirilməsi barədə prinsipial razılıq əldə ediblər".

Bakupost.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "X" hesabında yazıb:

"Bu gün sülhə nail olmaq üçün vacib gündür. Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda görüş keçiriblər. Tərəflər yeni görüş barədə prinsipial razılıq əldə ediblər", - o qeyd edib.

Fidan tərəflərin 1000 nəfərlik əsir mübadiləsi və atəşkəs təklifləri barədə razılaşdığını təsdiqləyib.

Türkiyəli nazir həmçinin Ankaranın Moskva ilə Kiyev arasında sülhün təmin edilməsinə kömək edəcəyini vurğulayıb.

Aygün, Bakupost.az

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar