Ru
21:50 / 07 İyun 2025

Rusiyadakı türk xalqlarına azadlıq verən plan – Türkiyə niyə imtina edir?

Rusiyadakı türk xalqlarına azadlıq verən plan – Türkiyə niyə imtina edir?
Eye

Maliyyə Mühasibləri Vəqfinin (Maliye Hesap Uzmanları Vakfı) İstanbulda keçirdiyi “Yeni dünya nizamında dəyişən geosiyasi və iqtisadi dinamikalar - Tramp siyasətlərinin Türkiyə və iş dünyasına təsirləri” başlıqlı paneldə iştirak edən Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Türkiyəni Avropa Birliyi və BRİKS-ə üzvlük niyyətlərindən imtina edərək gerçək “Brits”ə qoşulmağa çağırıb. Böyük Britaniyanın Türkiyəyə mesajı həm də türk dövlətlərinə və bütövlükdə türk dünyasına ünvanlanıb.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.

O bildirib ki, “gerçək Brits” ifadəsi altında ingilis siyasi mədəniyyətinin əhatə etdiyi birlik ehtiva edilir:

“Yəni millətindən, dinindən asılı olmayaraq hüququn aliliyi, özəl mülkiyyətin toxunulmazlığı və ticarət azadlığı kimi prinsiplərin üzərində olan ingilis siyasi mədəniyyətini əsas götürən ölkələrin birliyi nəzərdə tutulur. Böyük Britaniya yeni dünya düzənin təməlində də məhz ingilis siyasi mədəniyyəti ətrafında formalaşacaq birliyin dayanmasına çalışır.

İngilis siyasi mədəniyyəti ətrafında formalaşacaq yeni dünya düzəni Azərbaycanın və bütün türk xalqlarının maraqlarının gerçəkləşəcəyi dünya düzənidir. Bu, nəhəng Rusiya imperiyasının olmadığı, Rusiya çoğrafiyasındakı türk xalqlarının milli dövlətlərini qurmaq üçün şans və imkan əldə edəcəkləri bir dünya düzənidir. Bu düzən Şimal torpaqlarımızın (Dərbənd) işğalının sonu deməkdir.

Türkiyənin siyasi dairələri Boris Consonun mesajına hələlik reaksiya verməyiblər. Ancaq Türkiyə mediasının reaksiyası belə qənaət yaradır ki, Ankara Boris Consonun təklifini qəbul etməyəcək. Belə ki, Boris Conson Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin ağır nəticələrinin əsas baiskarı olaraq göstərilir.
Türkiyə mətbuatı Boris Consonu 2022-ci ilin martında İstanbulda Rusiya ilə Ukrayna arasında keçirilən danışıqları pozmaqda ittiham edir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsindən dərhal sonra keçirilən həmin danışıqlarda Moskva sülh adı altında Kiyevin qeyd-şərtsiz kapitulyasiyanı tələb edirdi. Əgər o zaman Ukrayna tabe olsaydı, Rusiya şərti adı SSRİ-2 olan yeni imperiya layihəsini həyata keçirəcəkdi. Rusiya ordusu heç şübhəsiz ki, Qarabağdan çıxamayacaq və Azərbaycanın digər bölgələrində də hərbi bazalar yaradacaqdı. Rusiyanın bədnam sülhməramlarını vaxtından əvvəl Qarabağdan çıxarmasının həlledici səbəbi Rusiya ordusunun Ukraynada məruz qaldığı hərbi uğursuzluq idi. Türkiyə mətbuatı Azərbaycanın öz torpaqları üzərində suverinliyini tam təmin edən şəraitin yaranmasının səbəbindən, yəni Ukraynanın Rusiyanın işğalçılıq müharibəsinə qarşı müqavimətindən narazıdır. Ukraynanın müqavimətini Boris Consonu Ukraynanı qana bulayan adam olaraq tərif edirlər. Ərəblərin marağını türk xalqıarının maraqlarından üstün tutan Ərdoğan iqtidarının elektoratının iradəsinin əleyhinə gedərək Böyük Britaniyanın təşəbbüsünə qoşulacağı ehtimalı azdır.

Türkiyənin siyasi elitasında çox az sayda olsa da, türk xalqlarının maraqlarını ərəblərin mənafelərindən üstün tutan siyasətçilər var. Ancaq onların yaxın zamanlarda hakimiyyətə gələ biləcəkləri mümkün görünmür. Ona görə bütün türk xalqlarının gələcəyinin müəyyən olunduğu bir zamanda türk dövlətləri, xüsusilə Azərbaycan və Qazaxıstan məsuliyyətli davranmalı, Britaniyanın çağrışına müsbət cavab verməlidir. Qazaxıstanın Böyük Britaniya ilə 2025-2026-cı illər üçün Hərbi Əməkdaşlıq Planı imzalamasını bu istiqamətdə atılmış uğurlu addım hesab etmək olar.

Dərbənddən Həmədana kimi geniş çoğrafiyanın sahibi olan Azərbaycan xalqının marağından üstün maraq və mənafe ola bilməz. Bu tezis bütün vətənpərvər azərbaycanlıların kredosu olmalıdır”.


Şərhlər
  • Cüney-Quzeyi Bəhri

    18ci əsr B/ensiklopedində Rus İmperinin xəritəsi *qənimət ərazi*ləri həqiqətən əlavə olunduğu kimi *Kaффкасская Турция*və *Cредне-Азиатский Туркестан*ayrıca (sarı rəngdə) əlavə edib! Gerçək bütöv tarixi Rusiya və tarixçiləri zamanında qəbul və təqdim etdikləri halda sonradan kənar-kimlər, sovetmi parçalamaq cəhdində olublar? Tarixi, ya kartasını geri qaytarmaq ağlasığmaz, faciəvi qarşıdurmalarla əsla qəbul-edilməzdir! Amma, tarixi həqiqəti olduğu kimi qəbul edib Zaqafqaz, Böyük Qafqaz-Rusiya, eləcə də Orta Asiya qohumluğuna qovuşmaq mehriban gələcəyə ümid verir.

  • Charkazturk

    İngilis devleti daima Turk düşmanliği etmis şərəfsiz bir toplumdur.Osmanlinin yıxılmasıninda .1945 çi ildə Guneyde qurulan Azerbaycan dövlətinin yixilmasininda səbəbkarı yenə serefsiz ingilislərdi.Bugun Ukrayna devletinin parçalanmasıninda.hansini deyək.Sizlerse hələdə ingilisdən mədət umursuz.Ne yaxşiki Türkiyədə hakimiyyətdə siz dediyiniz siyasətçilər yoxdur.Turkun türkdən başqa dostu olmadığını heç vaxt anlamadınız.Turk oyuna gelen yox oyun quran olmadıqca heçvaxt Türk birliyi gormeyeceksiniz

  • Charkazturk

    Erdoğanin Türk dünyası üçün neler etdiyini görməzdən gəlmək ve ərəbləri üstün tutur demek ele türk düşmanliği yapmaqdır.Tarix boyu Turkçuluyu təbliğ edən liderler eslinde heç biri Türk deyildir.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar