Ru
00:42 / 16 Mart 2023

Rusiyalılar bu ölkədə daşınmaz əmlak ala bilməyəcək - QADAĞA

Rusiyalılar bu ölkədə daşınmaz əmlak ala bilməyəcək -  QADAĞA
Eye

Rusiyalılar Litvada öz adlarından və ya burada yaradılmış hüquqi şəxslərin adından daşınmaz əmlak əldə etmək hüququndan məhrum olunmalıdır.

Bakupost.az Report-a istinadən xəbər verir ki, bu plan çərşənbə günü parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi tərəfindən təsdiqlənib və “Milli sanksiyalar haqqında” qanun layihəsinə daxil edilib.

“Rusiyalılar və ya onların yaratdığı hüquqi şəxslər tərəfindən daşınmaz əmlak alqı-satqısı əməliyyatlarının artması sonda milli təhlükəsizlik üçün riskə çevrilə bilər”, - Komitənin sədri Laurynas Kasçyunas jurnalistlərə açıqlamasında deyb. Onun sözlərinə görə, 2022-ci ildə rusiyalılar Litvada 699 daşınmaz əmlak obyekti alıblar.

Parlament komitəsi sanksiyalar haqqında qanun layihəsinə Rusiya və Belarusdakı tərəfdaşları ilə işləyən Litva müəssisələri haqqında məlumatların açıq olması barədə maddə də daxil edib. Bunun hansı formada edilməli olduğunu komitə dəqiqləşdirməyib. “Belə açıqlıq Litvanın milli maraqlarına uyğun gəlməyən rejimlərin həyat qabiliyyətinə töhfə verən bu ticarət əlaqələrini aradan qaldırmalıdır”, - Komitənin yaydığı bəyanatda deyilir.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar