Ru
11:15 / 07 Dekabr 2022

Rusiyanın 14 “Shahed-136” və “Orlan-10” PUA-sı vuruldu

1705
Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiyanın 14 “Shahed-136” və “Orlan-10” pilotsuz təyyarəsini vurub.

Bakupost.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahından bildirilib.

Məlumata görə, bundan əlavə daha 2 PUA vurulub. Hazırda onların hansı növ PUA olduğu dəqiqləşdirilir.

"Müdafiə Qüvvələrinin aviasiyası düşmən qüvvələrinə, eləcə də onun silah-sursat və texnikasına 22 zərbə endirib. Bundan əlavə, Rusiya ordusunun zenit raket sistemlərinin 4 mövqeyinə zərbələr endirilib", - deyə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Ötən sutka ərzində Ukrayna raket qoşunları və artilleriyası rusların komanda məntəqəsinə, şəxsi heyətinin cəmləşdiyi 3 rayona, həmçinin onların artilleriya qurğularının yerləşdiyi ərazi və sursat anbarına zərbələr endirib.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər